top of page

Yumurtanın qiymətini süni surətdə qaldırıblar?




Azərbaycanda yumurtanın qiymətində süni artım qeydə alınıb.


Bakının "Bizim Market" ərzaq satışı şəbəklərində yumurta qiymətində artım müşahidə olunub.

Yumurtanın qiymətinin artımı "Xırdalan yumurtası" adı ilə satılan məhsulda qeyd olunub. Bu məhsul "Xırdalan quşçuluq fabiriki"nin məhsulu kimi tanınır.


Bizim market"in Ayna Sultanova fililında ağ rəngli "Xırdalan yumurtası" 20 qəpik, sarı rəngli-kənd yumurtası adı ilə satılan yumurta isə 26 qəpiyə satılır. Halbuki "Giləzi" və digər yumurtalar 15-16 qəpik civarında satılır.

Müxtəlif marketlərdə apardığımız söhbətlərdən məlum olur ki, istehsalçı quşçuluq fabriklərindən yumurta çox az sayda, əvvəlkindən iki-üç dəfə uzun fasilələlərlə verilir. Bir çox satış nöqtələrində qıtlıqdan istifadə edərək qiyməti 20-21 qəpiyə qədər bahalaşdırıblar.


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda yumurta ilə özünütəminat səviyyəsi 2016-cı ildəki 98, faizdən 2019-cu ildə 101,8 faizə çatıb. Belə ki, 2016-cı ildə adambaşına yumurta istehlakı 156 ədəd idisə, 2019-cu ildə bu, 165 ədəd olub. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox - 1 milyard 748 milyon 339 min ədəd yumurta istehsal olunub. Ötən ilin yanvar-noyabrında cəmi 123,2 min ədəd təzə toyuq yumurtası idxal olunub, ixrac olmayıb.


2016-cı ildən etibarən Azərbaycanda yumurta idxalına əlavə rüsum təyin olunub. 2019-cu ildə ölkə Prezidentinin fərmanı ilə təsdiqlənən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satış dövriyyəsi ƏDV-dən azad edilir. Azadolma dövrü 4 illik müddəti əhatə edəcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılıb. Quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Məcəlləyə edilən dəyişikliklə bu müddət daha 4 illiyə artırılıb. Ölkədə yumurta istehsalı əhalinin tələbatına uyğundursa, qiymətləri qaldırmaq üçün heç bir əsas yoxdur. Belə olan halda yumurta qiymətinin belə yüksəlməsini nə ilə izah etmək olar?

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page