Yeni nazirin bəyanatı: "Azərbaycanlılar öz evlərinə qayıdacaqlar!"
- Azadpress.az
- 31 авг. 2020 г.
- 1 мин. чтения
Обновлено: 1 сент. 2020 г.

"Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter"də bildirib.
"Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.
Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!", - deyə, nazir paylaşımında qeyd edib.
Comentarios