top of page

Xaricdəki əmlakın müsadirə olunması Baş Prokurorluğa tapşırıldı


Varlıların xaricdəki əmlakının müsadirə olunması Baş Prokurorluğa tapşırıldı.


Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması üçün görəvləndirildi; deputatlar iyulun 15-dən qüvvəyə minəcək qanunu təsdiqlədi.

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq Milli Məclisə yalnız qoruyucu maska və əlcəklə girişə izn verilirdi. İclasın sədri Sahibə Qafarova da iclası qoruyucu maska taxaraq aparırdı.


Spiker təklif etdi ki, koronavirus pandemiyası səbəbindən gündəliyin müzakirəsi aparılmasın. Deputatlar sədrin bu təklifini qəbul etdilər və cari məsələlərə vaxt ayrılmadan gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçildi. Gündəliyin birinci məsələsi - Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olundu. Məcəllənin müvafiq maddəsinə təklif olunan əlavədə bildirilir ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən 5 gün müddətində icra olunmalıdır. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, tələb olunan zəruri tədbirləri görməlidir. Qanun 2020-ci il iyulun 15-dən qüvvəyə minəcək.


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page