top of page

Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 27 июл. 2020 г.
  • 1 мин. чтения

Azərbaycanda Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq.

Azadpress.az xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda da öz əksini tapıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları 2020-ci ilin avqust–oktyabr aylarında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page