"Toyota Dream Car" müsabiqəsinin milli turuna yekun vurulub
- Azadpress.az
- 9 февр.
- 1 мин. чтения
Обновлено: 13 февр.

Toyota Bakı Mərkəzi 18-ci "Dream Car Art Contest"(Arzuların maşını) müsabiqəsinin milli turuna yekuna vurub.
“Toyota-Arzuların maşını” 18-ci Beynəlxalq Rəsm Müsabiqəsinin milli seçim mərhələsi bitib. Müsabiqədə 242 uşaq iştirak edib. İştirakçılar 3 kateqoriya üzrə bölünüb: kiçik (1-7 yaş), orta (8-11 yaş) və böyük (12-15 yaş). Milli seçimin qalibləri Toyota Bakı Mərkəzi tərəfindən hədiyyə və sertifikatla təltif ediliblər. 9 qalib rəsm beynəlxalq seçimdə iştirak etmək üçün “Toyota Caucasus”a göndəriləcək.
Beynəlxalq müsabiqənin məqsədi uşaqların yaradıcılığını dəstəkləməklə yanaşı, onların yeni texnologiyalara həvəsini artırmaqdır. Toyota Bakı Mərkəzi bütün uşaqları bu möhtəşəm beynəlxalq müsabiqəyə qatılmağa dəvət edir.
Yerli mərhələnin qalibləri ilə tanış ola bilərsiz:
1-7 yaş kateqoriyası:
1.Humay Xaliqsoy “Toyota hava nəqliyyatı”
2.Aliyə Mirzəyeva “Günəş enerjisi ilə yetişdirmə”
3.Cəmil Xəlilov “Planeti qoruyan Toyota”
8-11 yaş kateqoriyası:
1.Əli Fətəliyev “Süni intellektə malik nano Toyota”
2.Əli Bənnayev Nurlan “Heyvanları qoruyan Toyota”
3.Hüseyn Məmmədzadə “Toyota ekologiyanın keşiyində”
12-15 yaş kateqoriyası:
1.Kərim Əsgərli “Xilasedici Toyota”
2.Ləman Məmmədova ”Nano Toyota-2030”
3.Fəridə Məmmədli “Toyota Aquaflux”




Comments