
Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və keçiriləcəyi məkanları təsdiqləyib.
"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarışın yeni cədvəli 2020-ci il versiyası əsasında təsdiqlənib. Yəni, təqvimdə hər hansı dəyişiklik edilməyib.
Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib.
IOC həmçinin idmançılarının qalacağı yerlər, mətbuat və teleyayım mərkəzləri ilə bağlı qərarını da açıqlayıb.
Qeyd edək ki, Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb. Azadpress.az
Comments