“Türkiyə Hava Yolları” beynəlxalq uçuşlara başlayacaq
- Azadpress.az
- 21 мая 2020 г.
- 1 мин. чтения

Türkiyənin əsas yük daşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") şirkəti iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.
Bu barədə şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.
"Daxili reyslər 4 iyunda başlayacaq, amma beynəlxalq reyslər 10 iyunda", - o deyib.
Bundan başqa, Aycının sözlərinə görə, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər. Təyyarəyə yalnız əl çantalarını götürməyə icazə veriləcək. Azadpress.az
Comments