
Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüş keçirib.
Görüşdə Ukrayna-Azərbaycan münasibətləri və İslahatlar üzrə Milli Şuranın beynəlxalq fəaliyyət aspektləri müzakirə olunub.
M.Saakaşvili qeyd edib ki, şuranın tərkibində bütün postsovet məkanı üçün İslahatlar bürosu yaradılacaq: “Bu, ideyaların generasiyası və islahatçıların konsolidasiyası üçün böyük beynəlxalq mərkəz olacaq”. Azadpress.az
Comentários