top of page

Səudiyyə Ərəbistanı hasilatı daha 1 milyon barel azaldacaq


Səudiyyə Ərəbistanın Energetika Nazirliyi milli neft şirkəti olan “Saudi Aramco”ya iyun ayında OPEC+ çərçivəsində götürülən öhdəlikdən əlavə hasilatı könüllü şəkildə gündəlik 1 milyon barel azaltmaqla bağlı göstəriş verib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirlik rəsmisi bildirib.

Nazirliyin rəsmisi qeyd edib ki, bununla hasilat apreldəki səviyyədən təxminən 4,8 mln. barel/gün az olacaq: “Nəticədə, Krallığın iyun ayı üçün gündəlik neft hasilatı 7,492 barel təşkil edəcək”. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page