
"Sığorta sistemində uzun müddət yığışıb qalmış problemlər var".
Azadpress. az “MediaPost”-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
“Biz poroblemlərlə ciddi məşğul oluruq. Əsas zəif nöqtələr məlumdur. Sığorta sistemi olduqca zəif inkişaf edib. Sığorta fondları iqtisadiyyatda fondları yaradan əsas fondlar olmalıdır. Bizdə bu sistem yaranmayıb. Bütövlükdə sığortada ekosistemə yeni baxış olmalıdır”, - deyə Elman Rütsəmov bildirib. Azadpress.az
Comments