top of page

Rusiyadan Azərbaycana dönmək istəyən vətəndaşlara mühüm xəbər


Rusiyadan ölkəmizə qayıtmaq istəyən Azərbaycan vətəndaşları xüsusi portaldan qeydiyyatdan keçməlidir.

Azadpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

"Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info portalı yaradılıb. Qayıtmaq istəyənlər bu portaldan qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçənlərin xüsusi qrafikə uyğun ölkəyə gələməsi təmin olunacaq. Birbaşa sərhədə gəlmək düzgün deyil"


Hikmət Hacıyev qeyd edib ki, bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir. Rusiya Federasiyası ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşlarımızın qabaqcadan sərhəd keçid məntəqələrinə və hava limanına gəlməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page