Qasım Süleymaninin hərəkət marşrutunu ABŞ-a İrandan ötürüblər
- Azadpress.az
- 9 июн. 2020 г.
- 1 мин. чтения

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.
Virtualaz.org xəbər verir ki, bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.
“MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, - o bildirib. Azadpress.az
Commentaires