top of page

Qarabağa avtobusla getmək asanlaşdı

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 1 мар.
  • 1 мин. чтения


İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb.

2024-cü ilin sentyabrından 2025-ci ilin 25 fevral tarixinədək Xankəndi-Bərdə və Bakı-Xankəndi-Laçın müntəzəm avtobus marşrutları üzrə 1270 reys həyata keçirilib, 11 682 sərnişin daşınıb.


Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri üzrə sərnişin daşımalarının təşkilinə başlanılıb.Vətəndaşların işğaldan azad olunmuş ərazilərə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir.

Martın 1-dən vətəndaşlar müntəzəm reyslər üzrə biletləri yalnız “biletim.az” portalı üzərindən əldə edə bilərlər.Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.




Commentaires


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page