
Tərəflər Ermənistanda keçiriləcək seçkiləri və Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının açılması məsələlərini müzakirə edəcəklər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 7-si Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların keçiriləcəyini təsdiqləyib.
"İlk növbədə, təbii ki, görüş zamanı Qarabağda üçtərəfli razılaşma və üçtərəfli sənədin reallaşdırılması müzakirə olunacaq", - deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə, tərəflər Ermənistanda keçiriləcək seçkiləri və Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının açılması məsələlərini müzakirə edəcəklər.
Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorkyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-si Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək.
Sonuncu dəfə Paşinyan və Putin Moskvada yanvarın 11-i görüşüblər.
Azadpress.az
Comments