top of page

Macarıstanda elektirkdoldurma məntəqələrinin sayı artır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 20 апр. 2021 г.
  • 1 мин. чтения

Macarıstanda son bir il ərzində elektromobillər üçün ictimai elektrikdoldurma məntəqələrinin sayı dörddə bir artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə bu gün “MTI” agentliyi məlumat yayıb.

Bundan əlavə, həmin elektrikdoldurma stansiyalarının doldurma həcmi 30 faiz artaraq 7,1 kVt/saata çatıb.

Ötən il Macarıstanda elektromobillər üçün 1 320, ondan bir il əvvəl isə 770 ictimai elektrikdoldurma stansiyası olub. Elektrikdoldurma stansiyalarının sayına görə liderlik edən paytaxtdan sonra böyük şəhərlər Diyor (39), Keçkemet (37) və Sekeşfexervar (37) gəlir. Azadpress.az


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page