top of page

"Mənfur düşmən buna nail olmaq istəyib"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 18 мар. 2021 г.
  • 1 мин. чтения


İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin göstərişinə əsasən, ən yüksək səviyyədə quruculuq işləri aparılır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, bu fikri martın 17-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşərkən səsləndirib.

Qonaqları Milli Məclisdə salamlayan sədr müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsindən danışaraq, bu Qələbənin ölkəmizin şanlı tarixinin ən parlaq səhifəsi olduğunu qeyd edib. Bildirib ki, bu Qələbə dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət çəkən sədr müavini oradakı vəziyyətin rəsmi İrəvanın vandalizm siyasətinin sübutu olduğunu qeyd edib. Əlavə edib ki, bu dağıntılardan görünür ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etməklə tarixi irsimizi silməyə çalışıb.

Azadpress.az




 
 
 

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page