top of page

Məşhur pediatr məktəbdəki rüşvət haqqında Təhsil nazirinə müraciət edib

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 3 авг. 2020 г.
  • 2 мин. чтения

"6 il əvvəl Bakı şəhər Təhsil İdarəsinə məktəblərdə uşaqların qidalanması ilə bağlı yazdığım məktuba "biz işimizi bilirik" kimi bir cavab aldım. İndi isə Təhsil naziri yeni olsa da məktub məsələsinin elə köhnə qaydada olduğunu hesab edirəm. Yeni Təhsil nazirimizə təhsilimizin xeyrinə xidmət edən uğurlar arzu edirəm. Bu uğurlar isə müxtəlifdir. Məsələn, təhsil ekspertlərinin bildiyi doğru qaydaların tətbiqi, adi insanların gördüyü haqsızlıqların aradan qalxması, rüşvətxor və yaltaq xislətli müəllimlərin ixtisara salınması ola bilər. Ümid edirəm ki, bundan sonra "uşağın yanıma hazırlığa gəlməlidir, yoxsa...", "get evdə de 5 manatdan fond pulu yığırıq" və s. kimi utancverici fikirləri də eşitmərik. Ümid edirəm ki, valideynlər məcbur olub ikiqat artıq işləyib normal təhsil üçün uşağını özəl məktəbə qoymağa məcbur olmaz. 40 uşağın olduğu sinifdə "kim bacarır, öyrənəcək" prinsipi ilə dərslər keçilməz".


Yeniavaz.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə sosial şəbəkə qeyd edib. O bildirib ki, orta məktəb proqramına "Sağlam qida" dərsləri salınmalıdır:

“Həmişə məni həm həkim, həm vətəndaş olaraq narahat edən məsələ məktəblilərin qidalanmasıdır. Hər il sağlamlıq ayında tədbirlər keçirib bufetində isə uşaqlara kolbasa - çörək təklif edən ya çipsi kimi zir-zibil satan məktəb direktorların da xarakterini dəyişəcəyinə ümid edirəm.Təklif edirəm ki, orta məktəb proqramına "Sağlam qida" dərsləri salınsın. Bu dərslər elə belə üzdən deyil, uşaqların qida vərdişlərini, zövqünü sağlam tərəfə dəyişəcək qədər dəqiq keçilməlidir. Əgər Təhsil Nazirliyi hələ də "biz işimizi bilirik" deyirsə, məhz bu sahədə bilsələr də heç nə edilmədiyini də hər kəs gözəl bilir. Məktəblərdə sağlam menyular tətbiq edilməli, bəzi “abur-cubur” istehsalçılar ilə məktəblərin iş birliyinə son qoyulmalıdır. Məktəb ətrafında enerji içkiləri, çipsi-kola, hazır suplar kimi zərərli məhsulların satıldığı mağazaların olmaması lazımdır.

"Sağlam qida" ilə yanaşı uşaqlar öz bədənini tanımalıdır, bundan ötrü yuxarı siniflərə çatmağı gözləmək lazım deyil. Hər yaş qrupunun öz dilində, öz anlayacağı tərzdə məlumatı qəbul etmə bacarığı var. Buna görə də uşaqlara öz bədəni barədə anatomik biliklər, ilkin tibbi yardım və sağlam qidalanma haqqında məlumatlar həmişə və doğru şəkildə verilməlidir. Bu günün uşağı, sabahın valideynidir, sadə insanıdır, əsgəridir, elə sabahın Təhsil naziridir, Səhiyyə naziridir. İşi valideynlərdən deyil, elə uşaqlardan başlamaq lazımdır.

Epidemiya dövründə isə biz koronavirusun uşaqlar arasında ciddi ağırlaşma törətmədiyini gördük. Dərslər əvvəlki kimi öz qaydasında bərpa edilməlidir. Sinifdə oturacaqların aralı qoyulması, dərs saatlarının azaldılmasının yoluxma riski üçün heç bir əhəmiyyəti yoxdur. Uşaqlar elə onsuz da evə gələn böyüklərdən yoluxur və yoluxmaqda da davam edəcək. Məktəb müəllimlərinin əksərinin isə risk qrupu olduğunu nəzərə alıb profilaktik tədbirləri o yöndə aparmaq lazımdır”. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page