top of page

Los Anceles polisi:"Ermənilər milli zəmində cinayət törədiblər"

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 24 июл. 2020 г.
  • 1 мин. чтения


Los Anceles polisi: Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər.


Los Anceles polisi 23 iyul tarixində məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib.


Azərbaycanın Los Ancelesdeki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, qeyd edək ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə erməni təbliğatı bütün sosial media paltformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışırdılar. Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.


Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı.

Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib. Azadpress.az

 
 
 

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page