Lider TV müflis elan ediləcək - MƏHKƏMƏ
- Azadpress.az
- 9 июн. 2020 г.
- 1 мин. чтения

“Lider TV və Radio-Azərbaycan” MMC-nin iflas elan edilməsi barədə Kreditor Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Bakı ş., Ak. A.Abbaszadə küç, 2) borclu “Lider Tv və Radio-Azərbaycan” MMC-yə (Bakı ş., Ş.Mehdiyev küç., 83 ) qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
FED.az xəbər verir ki, iş üzrə növbəti məhkəmə iclası 16.06.2020-ci il saat 10:30-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək. Azadpress.az
Comentários