top of page

Koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 8 июл. 2020 г.
  • 1 мин. чтения



Səhiyyə Nazirliyi tərəfindən COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesinə aydınlıq gətirib.


Azadpress.az "Report"a istinadən xəbər verir ki, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında ətraflı danışıb.


Nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupuna verilən ən mühüm suallardan biri "COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlar nə etməli" sualını cavablandıraraq, Nelli Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir.


Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.


Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

Azadpress.az

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page