Koronavirus geri çəkilir: 388 yoluxma
- Azadpress.az
- 19 июл. 2020 г.
- 1 мин. чтения
Koronavirus geri çəkilir: 388 nəfər yoluxma, 517 nəfər sağalma.
Azərbaycanda indiyədək ümumilikdə 27 min 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib.
Azadpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edilir ki, onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Məlumata görə, son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ümumilikdə isə 627 min 881 test aparılıb.
Azadpress.az
Comments