top of page

Kazan və ADNA qətliamı arasında bənzərlik



Mayın 11-də 175 saylı Kazan gimnaziyasında qətliam törədilib. 19 yaşlı İlnaz Qalyaviyev “Hatsan ESCORT” tüfəngi ilə silahlanaraq gimnaziyada qarşısına çıxan hər kəsə atəş açıb. Nəticədə 2 müəllim, 1 gözətçi və 7 şagird öldürülüb. 21 nəfər yaralanıb. Onlardan 18 nəfəri məktəblidir. İlnaz Qalyaviyev polisə təslim olub.

İlkin versiyaya görə, 4 il əvvəl bu gimnaziyanı bitirən İlnaz qətliamı keçmiş müəllimlərdən intiqam almaq üçün törədə bilərdi. İlnaz Qalyaviyev qətliamdan az əvvəl videomüraciət yayaraq insanları “biozibil” adlandıraraq onlara nifrət etdiyini, özünü "Allah” hesab etdiyini vurğulayıb, qətliam törədəcəyini açıqlayıb.

Azərbaycanda da oxşar qətliam törədilib. 2009-cu il aprelin 30-da, səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Fərda Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. İstintaqın versiyasına görə sonra özünü də öldürüb.Baş Prokurorluq terror aktı törədən Fərda Qədirovun erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirməsi qənaətinə gəlib. İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirib. Fərda Qədirovun ölümündən sonra onun ruhi xəstə olması haqda versiya da istintaqçılar tərəfindən ortalığa atılıb. Bundan başqa, Fərda Qədirovun terrordan öncə videomüraciət hazırladığı da bəlli olub. Həmin videomüraciətində Fərda Qədirov cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.

ADNA terroru ilə Kazan terroru arasında oxşarlıqlar var. Hər iki qətliamı törədən qatil tək olub. Terror üçün təhsil müəssisəsi seçilib. Hər iki qatil qətliama hazırlaşarkən videomüraciət hazırlayıb. Bu iki terror olayının eyni mərkəzdən idarə olması haqda da mülahisəzlər var.

Təhlükəsizlik məsələləri üzrə ekspret İlham İsmayıl Musavat.com-a deyib ki, terror olayları arasında oxşarlıqlar var: “Amma konkret olaraq qatillərin kimlərsə tərəfindən idarə olunmasını söyləmək çətindir. Bu psixoloji problemlərdir və hətta siyasi rejimlərdən də aslı deyil, demokratik ölkədir və yaxud avtoritar rejimdir, fərq etmir. Norveçdə də oxşar cinayət törədilmişdi. 80 nəfərə yaxın adam öldürmüşdü. Belə əməlləri törədənlər adətən gənclər, yeniyetmələr olur. Yəni yaşlı insanlar, professional terror məktəbi keçmiş adamlar olmurlar. Belə qətliamlar daha çox yeniyetmələr tərəfindən və nifrət zəminində törədilir. Əgər silahla adam öldürürsə, öldürmək istəyirsə, getsin hansısa məmur və yaxud da ki, hansısa bir avtobusa girib hamıya agəş açsın.

Azərbaycan Neft Akademiyasında baş verən qətliam tamam başqa xarakterli idi. Bir neçə il bundan qabaq Amerikada da belə şey olmuşdu. Məktəbə girən yeniyetmə öz həmyaşıdlarını qırmışdı. Bu psixoloji sorumdur. Buna görə də mənə elə gəlir ki, dünyanın bütün məktəblərində düşünmədən mühafizə sistemini gücləndirmək lazımdır. Kazan qatilini də polis yox, elə mühafizəçi tərksilah etməyə çalışıb. Məktəblər hər ehtimala qarşı mühafizə sistemini gücləndirməlidir. Bir də ki, bu məktəblərdə baş verən hadisələrə istər-istəməz müəyyən dərəcədə nəzarət etmək lazımdır. Məktəb psixoloqları maarifləndirmə işlərini gücləndirməlidirlər”.

Ekspert Kazanda baş verən qətliamla 12 il öncə Azərbaycan Neft Akademiyasında törədilən terrorla oxşar nöqtələrinin olduğunu, lakin fərqli məqsədlərlə törədildiyini qeyd edib.


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page