top of page

Kanada Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 18 авг. 2020 г.
  • 1 мин. чтения

ree

Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

“Report” xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.

İrlandiyanın Xarici İşlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil:

“Seçkiqabağı və sonrası hədə-qorxular, saxlanmalar, iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad, ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən sərt tədbirləri pisləyib. Azadpress.az

 
 
 

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page