top of page

Kəmaləddin Heydərovun qəzaya düşmə videosu yayılıb


Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

Azadpress.az-ın xəbərinə görə, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və “Maserati”yə çırpılıb.

Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page