İki hərbçimiz əsirlikdən azad edildi
- Azadpress.az
- 28 дек. 2020 г.
- 1 мин. чтения

Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan isə daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.
Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.
Azadpress.az
Comments