İsraildə matəm elan olundu
- Azadpress.az
- 30 апр. 2021 г.
- 1 мин. чтения

İsrailin Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu video-müraciətində bildirib.
Qeyd edək ki, mərasim zamanı yaranan izdihamda 44 nəfər ölüb, 50 nəfər yaralanıb.
Comments