top of page

İki gündə paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 26 мар.
  • 1 мин. чтения


Ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Bu barədə APA-ya AYNA-dan xəbər verilib.

Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.

Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

コメント


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page