Həftə sonu avtobuslar işləməyəcək
- Azadpress.az

- 24 июл. 2020 г.
- 1 мин. чтения
BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq.
Bakı Nəqliyyat Agentliyi (BNA) həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.
Agentlikdən Musavat.com-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:
"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".
Azadpress.az


Комментарии