
Bakıda məhkəmənin hökmünə etiraz edən qadın özünü yandırmağa cəhd edib.
Azadpress.az musavat.com-a istinadən xəbər verir ki, hadisə iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib.
Hakim Samir Əliyevin sədrliyi ilə araşdırılan məhkəmə prosesinin sonunda oğluna ağır cəza kəsilmiş qadın qərara etiraz edib.O, məhkəmənin əsas girişində üzərinə benzin tökərək intihar edəcəyini deyib.
Qadın, həmçinin məhkəmə sədrinin müavini, hakim Əfqan Hacıyevin xidməti avtomobilinin üzərinə də benzin töküb.Məhkəmə binasında xidmətdə olan polis əməkdaşı qadının özünü yandırmasına imkan verməyib.Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gəlib. Qadın hadisə yerindən uzaqlaşdırılıb.
Комментарии