top of page

Gürcüstan turistləri koronavirus testindən keçirəcək

  • 27 мая 2020 г.
  • 1 мин. чтения

“Gürcüstana yalnız koronavirus testinin neqativ olması barədə arayış təqdim edən turistlər buraxılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.

O deyib ki, həmin sənədi olmayan ziyarətçilərin ölkəyə girişinə icazə verilməyəcək:

“Biz arayışı olmayan tursitlər üçün, bunun kütləvi hal almayacağı təqdirdə, ölkə ərazisində koronavirusu sürətlə aşkarlayan testdən keçməyə şərait yaradacağıq. Gürcüstana səfər edən turist qrupları “yaşıl zonalar”da – Səhiyyə Nazirliyindən müvafiq icazə alan mehmanxanalarda yerləşdiriləcək. Əks halda, biz ölkəmizin turizm brendi reputasiyasını zərbə altına qoya bilərik”.

Hökumət başçısının sözlərinə görə, iyulun 1-dən Gürcüstanın beynəlxalq turizm üçün açılması ilə ölkəyə nəzarətsiz giriş deyil, “təhlükəsiz dəhliz” nəzərdə tutulur. Azadpress.az

 
 
 

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page