top of page

Gürcüstan müsəlmanlarının şeyxi DTX-da ifadə verəcək


Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Azadpress.az APA-ya istinadən xəbər verir ki, sədr Gürcüstan DTX-nın azərbaycanlı milli azlığın yaşadığı bölgələrdə irqi ayrıseçkilik və radikal çağırışların edilməsi ilə əlaqədar başladılan istintaq çərçivəsində sorğu-sual ediləcək.

Qeyd edək ki, mayın 30-da Gürcüstan DTX Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı alovlandırmağa cəhd edən qruplar və fərdlərin olması ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, həmin şəxslər milli zəmində münaqişə yaratmaq məqsədilə azərbaycanlıların yığcam yaşadığı bölgələrdə uzun illər ərzində toplanmış problemləri müxtəlif mənfi kontekstlərdə təhrif edir, aqressiv çağırışlar edir və insan hüquqlarını pozurlar.

Məsələ ilə əlaqədar irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə pozulması, milli zəmində düşmənçilik yaratmaq və diskriminasiya, maddələri üzrə istintaqa başlanılıb.

コメント


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page