top of page

Füzuli hava laimanı artıq hazırdır

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 23 авг. 2021 г.
  • 1 мин. чтения


“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti belə məlumat yayıb.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page