top of page

Ermənistan UNİCEF-i Azərbaycana dəstək verməkdə günahlandırıb

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 9 мар. 2021 г.
  • 1 мин. чтения

Ermənistan hökuməti UNİCEF-in nümayəndəsi Marin Klark-Xattinqi Azərbaycna işləməkdə suçlayıb.

Azadpress.az xəbər verir ki, Ermənistan XİN sözçüsü Anna Naqdalyan belə bəyan edib. Onun sözlərinə görə, belə addıma səbəb Klark-Xattinqin fəaliyyət metodları olub.

O, UNİCEF nümayəndəsinin fəaliyyətinin Ermənistan üçün problematik olduğunu bildirib.

Ötən həftə Ermənistanın “Mediaport” Teleqram kanalı Klark-Xattinqin Azərbaycan və Britaniya lehinə casusluq etdiyinin Rusiya xüsusi xidmət orqanları tərəfindən aşkarlandığını bildirmişdi. Ermənistanın onun ölkəni tərk etməsi üçün vaxt verdiyini yazmışdı. Görünür məğlub Ermənistan artıq beynəlxalq təşkilatlara qarşı da repressiya metodlarına başlayıb. BMT-nin uşaqlarla bağlı bir strukturu olan təşkilatın nümayəndsinə qarşı belə aqressiv hərəkətlər Ermənistan üçün müəyyən problemlər yaradacaq.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page