Ermənistan ordusunun daha bir hərbçisi öldürüldü
- Azadpress.az
- 27 июл. 2020 г.
- 1 мин. чтения

Ermənistan Müdafiə Nazirliyi daha bir hərbçinin öldürüldüyü barədə məlumat yayıb.
Azadpress.az bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, Aşot Mikaelyan Azərbaycan ordusunun cavab atəşi ilə məhv edilib. Xəbəri Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilir ki, hadisə 27 iyul saat 01.00-da dövlət sərhədinin şimal-şərq istiqamətindəki (Tavuş-Tovuz istiqaməti) döyüş mövqelərinin birində qeydə alınıb. Müqaviləli-hərbçi Aşot Gevorkoviç Mikaelyan öldığı güllə yarasından ölüb.
Comments