Erməni miqrantlar Türkiyədən çıxarıla bilər
- Azadpress.az
- 25 июл. 2020 г.
- 1 мин. чтения

Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrantı yaşayır. Onların ölkələrinə nə üçün geri qaytarılmadığı hər zaman müzakirə mövzusudur. Hər kəsə bəllidir ki, ermənilər Türkiyəyə ərazi iddiaları irəli sürür, hər yerdə türklərə təhdid yaradırlar. Amma bütün bunlara baxmayaraq, qardaş ölkə qanunsuz erməni miqrantlarını ölkədən çıxarmağa tələsmir.
Vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanizm anlayışına görə buna getmədiklərini bildirmişdi. Amma indi situasiya tamam dəyişib. Ermənistanın iyulun 12-də cəbhənin Tovuz rayonu istiqamətindəki təxribatlarından sonra fərqli durum yaranıb. Qardaş Türkiyə təxribatlardan sonra döyüş gedən günlərdə Azərbaycana tam dəstəyini ifadə etdi. Belə bir şəraitdə heç şübhəsiz ki, erməni miqrantların Türkiyədən çıxarıla biləcəklərinə ümidlər yaranıb. Hazırda Türkiyədə olan erməni miqrantlar ölkənin milli təhlükəsizliyinə təhdiddir. Yəqin Türkiyə hökuməti və cəmiyyəti yaxın vaxtlarda bu problemi çözəcəklər.
Comentários