Emin Ağalarov arvadından ayrıldı
- Azadpress.az
- 13 мая 2020 г.
- 1 мин. чтения

Azərbaycanlı milyarder Araz Ağalarovun oğlu Emin ikinci dəfə ailə qurduğu model Anna Qavrilovanı boşayır.
Azadpress.az Rusiyanın Hellomagazine dərgisinə istinadən xəbər verir ki, bu haqda Emin Ağalarov instagram səhifəsində paylaşım edib. Ağalarov toy fotosunu paylaşaraq şərh yazıb. Emin həyat yoldaşı Annaya xoşbəxt keçən günlərə görə təşəkkür edib. O yazıb ki,bundan sonra əsas məqsəd qızları Afinanın firavan böyüməsidir.
“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə Ağalarov qeyd edib.
Alyona Qavrilova da ayrılığına münasibət bildirib. O, bu barədə instaqram hesabında qeyd edib: "Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır" Azadpress.az
Comments