Dmitri Peskov saqqal buraxıb
- Azadpress.az
- 30 мая 2020 г.
- 1 мин. чтения
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus müalicəsi zamanı uzatdığı saqqalını qırxacağına söz verib.
Azadpress.az xəbər verir ki, “Moskva. Kreml. Putin” proqramının efirində Dmitri Peskov belə deyib.
Peskov müalicə zamanı arıqladığını, ancaq saqqalın “bunu kompensasiya etdiyini” qeyd edib.
“Xəstələnəndə yalnız koronavirus üzərində qələbəni xatırlamaq üçün saqqal saxlamaq qərarına gəldim “
Peskov jurnalistlərə söz verib ki, işə gedəndə saqqal dərhal yox olacaq. Onun kiçik qızı da saqqalını təraş edib əvvəlki görkəmə qayıtmasını xahiş edib. Azadpress.az
Comentarios