top of page

Dərman mafiyası Azərbaycanda istədiyini edir




Koronavirus əleyhinə dərmanlar qəhətə çıxıb, “qara bazar”da isə şok qiymətlər.


Koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə tibb maska taxmamağa və karantin qaydalarını pozmağa görə cərimələr yenidən artırılıb. Xub! Deyək ki, cəzaların sərtləşdirilməsi məsuliyyətsiz vətəndaşların, bəlkə, gözünü qorxuda bilər.


Amma xəstəliklə mübarizə apteklərdən başlayır axı! İndi sağlam adam, hətta “C” vitamini tapa bilmir. Ən dəhşətlisi odur ki, epidemiya əleyhinə dərmanlar heç tapılmır, tapılanda da dəyərindən 20-30 dəfə baha satılır.


Musavat.com-a daxil olan məlumatlara görə, dərman firmaları onları apteklərə vermədən depolardan bilavasitə “qara bazar”a çıxarır, öz adamları sayəsində “od qiymətinə” satır.


Bundan əlavə, bir neçə həftədir, “Arbidol”, “Favipravir”, “Kleksan”, müxtəlif multivitaminlər, sistem əlavələri və s. preparatlar apteklərdə satılmır. Onları yalnız “dərman mafiyası”ndan əldə etmək olar.


Məsələn, “Kleksan”ın bir ampula iynəsi 60-70 manata, bir qutu 200 mq “Favipravir” 100-130 manata satılır.


“Arbidol”un qiyməti isə fantastikdir. Hazırda bu qiymət 500-700 manat arasında dəyişir. Bu dərmanları, hətta ortagəlirli vətəndaşlar da alıb istifadə etməkdə çətinlik çəkirlər.


Ümumiyyətlə, bir xəstənin ev şəraitində müalicə xərci ortalama 1200 manata yaxın olur.


Favipiavir - 2x130=260 (1 qutu 130 AZN. 1 xəstə üçün 2 qutu lazım olur)


Maxipen - 14×20=280 AZN


L-floxine - 10×16=160 AZN


Vitamin C 1000 mg - 19 AZN


Vitamin Toplusu Salcovit - 23 AZN


Saturasiya cihazı - 65 AZN


İnqalyasiya aparatı - 70 AZN


Aspirin Cardio - 14 AZN


KT müayinə - 100 AZN


Sistem qoşmaq üçün maddələr, ləvazimatlar - ortalama 50 AZN


Tibb bacısının ödəməsi - 150 AZN


Bütün bu fəlakəti xalqa yaşadan isə sözügedən dərmanları “mafiya”nın cənginə verən möhtəkirlər və apteklərə çatdırmayan şirkətlərdir.

Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page