Beyrutda partlayan maddələr Gürcüstandan gətirilib-ARAŞDIRMA
- Azadpress.az
- 6 авг. 2020 г.
- 1 мин. чтения

Livan hökumətinin araşdırmalarından məlum olub ki, Beyrutda dəhşətli partlayışa səbəb olan nitrat ammoium Batumi limanından gəmi ilə gətirilib.
Azadpress.az TASS agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın iqtisadi inkişaf naziri bu maddənin ölkəsindən ixrac olunduğunu etiraf edib. Nazir bildirib ki, Gürcüstan bir neçə ildir ki,nitrat ammoniumun ixracatçısıdır.
Livanın paytaxtı Beyrutda yüzdən çox insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan patlayıcıların rusiyalı iş adamı İqor Qreçuşkin tərəfindən bu ölkəyə gətirildiyi ortaya çıxıb.
Partlayıcı maddələrin 2013-cü ilin sentyabr ayında Qreçuşkin tərəfindən imtina edildiyi, altı il ərzində limanda saxlanıldığı bildirilib.
Livanın paytaxtında baş vermiş güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4000-dən çox insan yaralanıb.Azadpress.az
Комментарии