Beyrutda ölənlərin sayı artır-71nəfər
- Azadpress.az
- 4 авг. 2020 г.
- 1 мин. чтения

Beyrutda baş verən partlayışda kütləvi ölüm olub.
Azadpress.az xəbər verir ki, partlayış Beyrut limanının 12-ci blokunda , anbarların olduğu yerdə baş verib. Pirotexniki vasitələr saxlanılan anbarda baş verən partlayış nəticəsində şəhərin müxtəlif yerlərində pəncərə və qapılar sınıb, insanlar yaralanıb.
Partlayışdan sonra 2 kilometr ərazinin məhv olduğu bildirilir.
Partlayış nəticəsində 71 nəfər ölüb,3000 insan yaralanıb.Hadisə şahidləri və təhlükəsizlik qüvvələri partlayış anında binaların balkonlarının uçduğunu bildirib.
Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.
Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.
Azadpress.az
コメント