top of page

BBC: Ermənilər evlərə od vurub ərazini tərk edirlər

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 13 нояб. 2020 г.
  • 1 мин. чтения


ree

“Bu gün Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu – “Report”) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

“Report” xəbər verir ki, bunu BBC-nin müxbiri Vill Vernon tvitterdə yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarmalıdır.

Комментарии


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page