Bakıda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi yad edilib
- Azadpress.az

- 9 мая 2020 г.
- 1 мин. чтения

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycan xalqının igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər. Tədbirlər digər qarnizon və iri şəhərlərdə də keçirilib.
Комментарии