top of page

Bakıda “Sürətin evolyusiyası” avtomobil sərgisi təşkil olunub

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 18 мая
  • 1 мин. чтения



Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürətli idman-yarış avtomobilləri nümayiş olunub. 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.

“Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.




Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page