
Azadpress.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı restoranların fəaliyyətinə aydınlıq gətirib.
Bayramlı bildirib ki, pandemiya ilə mübarizədə artıq ikinci mərhələ başlanıb:
“Metro, o cümlədən, müəyyən bölgələrdə restoranlar, kafelər açılıb. Hazırda Bakıda da analoji addımların atılması üzərində iş aparılır. Amma hər şey qoyulan qaydalara əməl etməkdən asılıdır. Qaydalara əməl edilməsə, normallaşmanın qarşısı alına bilər”.
Comments