Bakıda 27 erməni terrorçusu məhkəmə qarşısına çıxarılır
- Azadpress.az
- 29 июн. 2021 г.
- 1 мин. чтения

İşğaldan azad olunmuş ərazilərdə ələ keçirilmiş ermənilərlə bağlı iki məhkəmə prosesi gedir.
14 erməni əsir: Gegam Samveloviç Serobyan, Hraç Arzumanoviç Avakyan, Armen Yeğizari Bagasyan, Qore Vagramini Qasparyan, Kamo Karenoviç Sefilyan, Volodya Vaçaqani Akobyan, Gevorg Norairoviç Asertyan, Yenqoyan Sisak Qrişai,Sedrakyan Romik,Petrosyan Albert, Minasyan Aram, Minasyan Mkrtç, Matesyan Edqar, Yuri Tiqranoviçin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.
Bu gün daha 13 terrorçu-diversanta qarşı iş üzrə məhkəmə davam edəcək. Bunlar Xovanesyan Xaykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Bağdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryozheviç, Xaregayeviç Aşot Artakoviç, Aqramanyan Martin Muşeqoviçdir.
İclas Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcək, məhkəmə başlanacağı elan ediləcək və prokuror ittiham aktını oxuyacaq.
Comentarios