AZTV-də son döyüş olacaq
- Azadpress.az
- 26 февр. 2021 г.
- 1 мин. чтения

AzTV-də Xocalı soyqırımı ilə bağlı növbəti sənədli film.
Azərbaycan Televiziyası Xocalı faciəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film
çəkib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial
media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadpress.az-a verilən məlumata görə, “Son döyüş ” adlı
sənədli filmdə Xocalıda 3 nəfərdən ibarət bir ailənin öz evini ermənilərdən
qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizələrindən bəhs olunur.
Ailənin son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə
düşmənlə təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir.
Sənədli filmdə göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin
tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan
digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər.
Sənədli filmdə Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer
verilib.
İdeya müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Hacı
Qadir olan sənədli filimin quruluşçu operatoru Anar Dadaşovdur.
Sənədli filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi
aktyorlar yer alıb.
“Son döyüş” fevralın 27-si saat 21:30-da AzTV-də yayımlanacaq.
Comments