top of page

Azərbaycandan ABŞ-a etiraz məktubu

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 13 мая 2020 г.
  • 1 мин. чтения

“Bəzi hallarda bir çox ölkələrin həyata keçirdiyi layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərin təhrif olunması hallarına rast gəlirik”.


Azadpress.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva belə deyib. Onun sözlırinə görə, bu hallarla əlaqədar Azərbaycan tərəfindən bu təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə əlaqəyə keçərək, etiraz bildirilir və təhrif olunmuş xəritələr aradan qaldırılır.

Abdullayeva deyib ki, NASA-nın layihəsində Azərbaycan sərhədlərinin təhrif olunması ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page