Yeni icra başçısı vəzifəsindən istefa verdi
- Azadpress.az
- 20 мая 2020 г.
- 1 мин. чтения

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlki vəzifəsindən ayrılıb.
Azadpress.az Modern.az-a istinadla xəbər verir ki, Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədri vəzifəsindən istefa verib. Onun yerinə isə Əhməd Qurbanov sədr seçilib.
Qeyd edək ki, Nahid Bağırov dövlət başçısı İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Comments