top of page

Azərbaycanda bu il istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb


2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 873 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 239 ədəd az minik avtomobili istehsal olunub.

Azadpress.az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə qeyd olunan müddət ərzində maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, digər nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, maşın və avadanlıqların istehsalı isə 16,2 faiz artıb.

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page