top of page

Azərbaycan regionun söz sahibidir

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 23 дек. 2020 г.
  • 1 мин. чтения



Azərbaycan müstəqillik qazanandan sonra, xüsusilə də Ulu öndər Heydər Əliyevin dönmindən bu yana müstəqil xarici siyasət yürütmək prinsipinə üstünlük verdi.


Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.


Sədr müavini bildirib ki, balanslaşdırılmış xarici siyasətimiz imkan verdi ki, böyük dövlətlərin təsiri altına düşməyək:


"Dövlətimizin xarici siyasəti ilə bağlı müxtəlif zamanlarda müxtəlif yanaşlamalar var idi. Bir qrup xüsusilə qərb dövlətləri ilə daha sıx münasibətlərdə olmağın tərəfdarı idi, bir qrup Rusiya və digər region dövlətləri ilə xarici siyasətə üstünlük verməyin tərəfində idi. Amma elə o dövrlərdən indiyə kimi Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasətə üstünlük verdi. Bu gün də biz Qarabağ savaşında əldə etdiyimiz zəfərə baxanda Azərbaycanın xarici siyasətinin daha düzgün qurulduğunun şahidi olduq. Çünki bildiyiniz kimi, birmənalı şəkildə hansısa dairələrlə, hansısa xarici dövlətlərlə birmənalı münasibətlər quranda böyük dövlətlər Azərbaycan kimi kiçik dövlətləri xüsusilə öz təzyiqləri altında saxlamağa cəhd edirlər, öz planlarını diqtə etmək barədə düşünürlər. Amma balanslaşdırılmış xarici siyasət bizə imkan verdi ki, heç bir böyük dövlətin təsiri, təzyiqi, diqtələri altına düşməyək. Bu gün də biz bunun nəticəsini gördük".


A.Abdulkərimov qeyd edib ki, bu gün Azərbaycan dövləti öz vətəndaşını hər şeydən üstün tutur:


"Azərbaycan dövlətinin daxildə idarə edilməsində demokratik prinsiplərə üstünlük verilir. Azərbaycan xüsusilə də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmlərdə daim islahatlar, yeniliklər dönəmindədir. Biz burada çox misallar gətirə bilərik ki, Azərbaycan dünyaya öz nümunələrini ixrac etməklə bağlı artıq proses aparır və bunun timsalında biz "Asan xidmət"i, DOST təşkilatını göstərmək olar"

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page